"Ağsu" və "Zaqatala" futbolçularına görə ziyana düşdü

14:30 6 Mart 2018

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda birinci divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib:

 

Birinci divizionun 16-cı turunun “Ağsu” - “Sabah” matçında “Ağsu”nun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.


Birinci divizionun 16-cı turunun “Şüvəlan” - “Zaqatala” matçında “Zaqatala”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.


Xəbər xətti