"Fiorentina"dan Astorinin ailəsinə jest

14:50 6 Mart 2018

“Fiorentina” vəfat etmiş kapitanı David Astori ilə bağlı qərar qəbul edib.

 

Sportarena.az xəbər verir ki, Astori bir həftə sonra “Fiorentina” ilə yeni 3 illik müqavilə bağlamalı idi. Klub rəhbərliyi qərara alıb ki, bağlanmamış həmin müqavilədən futbolçuya çatacaq vəsait onun ailəsinə ödənilsin.

 

Pul onun həyat yoldaşı Françeska ilə qızı Vittoriyə ödəniləcək. Astorinin “Fiorentina”da illik məvacibi 1,3 milyon avro təşkil edib.


Digər xəbərlər

Xəbər xətti