"Beşiktaş"ın futbolçusu qəza törətdi - FOTO

11:37 8 Mart 2018

“Beşiktaş”ın futbolçusu Caner Erkin ötən gün qəza törədib.

 

Sportarena.az xəbər verir ki, avtomobildə futbolçunun xanımı, aktrisa Şükran Ovalı da olub. Onların maşını yüngül şəkildə taksi ilə toqquşub. Daha sonra hər ikisi taksi sürücüsünə yaxınlaşaraq onunla mübahisə etməyə başlayıblar. Bu zaman Caner Şükrana hamilə olduğunu xatırladaraq maşında əyləşməsini istəyib.

 

Cütlük taksi sürücüsünü onlardan pul qoparmaqda günahlandırıb. Sürücü isə Erkindən pul istəmədiyini, sadəcə qürurunu alçaltdıqları üçün üzr istəmələrini tələb edir.


Xəbər xətti