Draksler üsyan etdi: "Transferlərə 400 milyon avro xərcləyirik, amma 1/8 finalı keçməyi bacarmırıq"

14:56 8 Mart 2018

PSJ-nin futbolçusu Yulian Draksler açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, Almaniya millisinin üzvü komandasının Çempionlar Liqasının 1/8 final mərhələsində "Real"a uduzaraq mübarizəni dayandırması barədə danışıb. 24 yaşlı yarımmüdafiəçi baş məşqçi Unai Emerinin qərarına əsəbləşib:

 

"Bu yay transferlərə 400 milyon avro xərclədik. Buna görə hər kəs bizdən Çempionlar Liqasında uğurlu çıxış gözləyirdi. Amma biz hələ 1/8 finalı keçməyi bacarmırıq.

 

"Real"la oyunda 76-cı dəqiqədə meydana daxil oldum. Bunu anlamıram. Buna təəccübləndim və çox əsəbləşdim".


Digər xəbərlər

Xəbər xətti