Türk xakerlər Alonsonun hesabını ələ keçirdilər - FOTO

Sportarena.az      9 Mart 2018, 12:36

“Bavariya”nın və İspaniya millisinin sabiq üzvü Xabi Alonsonun rəsmi “instaqram” hesabı xakerlərin hücumuna məruz qalıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Alonsonun 4 milyon təqibçisi olan səhifəsi türkiyəli xakerlərin hücumuna məruz qalıb. Xakerlər keçmiş futbolçunun paylaşımlarının altında “Real”la müqaviləmi ləğv edib, “Fənərbaxça”ya keçəcəm, çünki Afrində türk əsgərinə dəstək olmaq istəyirəm” yazıblar.

 

Daha sonra isə “Hesabınız türk siber ordusu “Ay-ulduz Tim” tərəfindən ələ keçirilib. Bütün məlumatlarınıza çıxış əldə etmişik. Başda vətənə, millətə qəhrəman övladlar yetişdirən, cənnət ayaqlarının altında olan şəhid və qazilərimiz olmaqla, bütün türk qadınlarının 8 mart beynəlxalq qadınlar bayramı mübarəkdi” sözləri qeyd edilib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin