"Kəpəz"in avtobusu niyə yolda qalıb? - Klub rəsmisindən açıqlama

13:07 9 Mart 2018

Bu gün "Qəbələ" İlə üz-üzə gələcək "Kəpəz" dünən matçın oynanılacağı Gəncəyə yollanarkən xoşagəlməz hadisə ilə üzləşdiyi barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, gəncəliləri aparan avtobusda nasazlıq yaranıb və Yevlax yaxınlığında dayanıb. Sürücü problemi qısa zamanda həll edə bilmədiyi üçün futbolçular Gəncəyə taksilərlə yollanmalı olub. Deyilənə görə, avtobus hələ də düzəlməyib və xarab olduğu yerdədir. (Rekord.az)

 

Məsələ ilə bağlı klubla əlaqə saxladıq. "Kəpəz"in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev baş verən hadisəni təsdiq edib, olayla bağlı saytımıza məlumat verdi:

 

 

"Ciddi bir şey baş verməyib. Hər bir avtobusun, avtomobilin başına gələcək hadisə olub. Avtobusun təkəri buraxıb. Komandanın məşq planı var. Ona uyğun hərəkət etmək üçün futbolçular əvəzedicilərin kiçiktutumlu avtobusu ilə məşqə çatdırılıb. Avtobusla bağlı məsələ artıq həll edilib".


Digər xəbərlər

Xəbər xətti