Yunis Hüseynov: “Yenə 0:1 hesabı ilə məğlub olduq"

23:15 9 Mart 2018

Topaz Premyer Liqasının 19-cu turunun “Kəpəz” – “Qəbələ” oyunundan (0:1) sonra baş məşqçilərin ənənəvi mətbuat konfransı keçirilib.

 

Sportarena.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı Yunis Hüseynov matçla bağlı bunları deyib:

 

“Əfsuslar olsun ki, yenə 0:1 hesabı ilə məğlub olduq. Səhvlərimiz var, səhvlərsiz də futbol olmur. Amma komandadan razı qaldım, futbolçular mübarizə apardılar. “Qəbələ”nin oyunçularının fərdi şəkildə ustalıq səviyyəsi üstündü. Bizim komandada təcrübəsizlik də öz sözünü dedi. Uşaqlarda bir az özünəinam çatışmırdı. Son 15-20 dəqiqədə toparlana bildilər, epizodlar yaratdıq. Bununla belə qol vura bilmədik. Qarşıda oyunlarımız var, çalışıb həmin matçlara yaxşı hazırlaşacağıq. Rəqibi də təbrik edirəm”.


Digər xəbərlər

Xəbər xətti