Futbolçumuz oynadı, komandası 1 xalla kifayətləndi

10:30 10 Mart 2018

 

Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 28-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Oss” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0. Əzizov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz sonadək oynayıb.

 

"Den Boş" hazırda 38 xalla 20 klub arasında 11-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti