Millimizin üzvü "Beşiktaş"a qarşı oynamadı

10:34 11 Mart 2018

Futbol üzrə Türkiyə Super Liqasında 25-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə son çempion “Beşiktaş”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1. Dəniz bu oyunun iştirakçısı olmayıb. O, qarşılaşmanın sonunadək ehtiyatda qalıb.

 

“Gənclərbirliyi” geridə qalan turlarda topladığı 26 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti