Futbolçumuz qol vurdu, komandası uduzdu

10:31 12 Mart 2018

Futbol üzrə Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində 21-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçular Rövlan Muradovla Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya”nın gənclərdən ibarət kollektivi də növbəti matçına çıxıb. Praqa təmsilçisi səfərdə “Bohemians”la qarşılaşıb. Matç həmyerlilərimizin komandasının 2:3 hesablı məğlubiyyəti ilə nəticələnib.

 

Nəbiyev bu oyunun iştirakçısı olmayıb. 90 dəqiqə şans qazanan Rövlan isə 1 qola imza atıb.

 

21 turdan sonra hesabında 29 xal olan “Slaviya” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti