Azarkeşə tüpürdü, 1 milyonluq işindən qovuldu

14:42 13 Mart 2018

“Liverpul”un keçmiş müdafiəçisi Ceymi Karrager çalışdığı “Sky Sports” telekanalından qovulub.

 

Sportarena.az xəbər verir ki, buna səbəb sabiq müdafiəçinin İngiltərə Premyer Liqasının “Mançester Yunayted” - “Liverpul” oyunundan (2:1) sonra ona söz atan mançesterli azarkeşə tüpürməsi olub. Belə ki, oyundan sonra MY azarkeşlərindən birinin ard-arda oyunun nəticəsini təkrarlamasından əsəbiləşən Karrager, maşının şüşəsini endirərək, ona tərəf tüpürüb. Bu anlar videokameranın yaddaşına köçüb. Azarkeşin yanında 14 yaşlı qızının da olması, hadisəni daha da böyüdüb.

 

İngilis futbol azarkeşləri Karragerin hərəkətinə kəskin etiraz edərək, sabiq futbolçunun “Sky Sports” kanalından qovulmalı olduğunu bildiriblər. Bundan sonra kanal daxilində iclas keçirilib və Karragerin qovulması barədə qərar qəbul olunub.

 

İngilis sabiq müdafiəçi kanalda illik 1 milyon funt-sterlinq maaş alırdı.

 

Karrager həmçinin, Çempionlar Liqasının bu gün keçiriləcək “Mançester Yunayted” - “Sevilya” oyununda Danimarkanın “Danish TV” telekanalından şərhçilik etməli olsa da, hadisədən sonra o, bu işindən də olub.


Xəbər xətti