"Qarabağ" "Neftçi"yə qalib gəldi

18:23 13 Mart 2018

 

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 20-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, dünən turun bir oyunu keçirilib. “Keşlə” lider “Qəbələ” ilə qarşılaşıb - 1:1.

 

Turun qalan oyunları bu gün baş tutub. "Qarabağ" səfərdə "Neftçi"ni üstələyib. İki oyunda isə meydan sahibləri qələbə qazanıb.

 

Əvəzedicilər, 20-ci tur

13 mart

Zirə - Səbail 2:0

Qol: Muxtar Əliyev, 43. Əziz İsmayılov, 78.

Zirə. İdman kompleksinin stadionu, 14:00

 

Sumqayıt - Kəpəz 3:0

Qol: Elvin Nəsibov, 38. Ülvi Süleymanov, 61. Süleyman Əhmədov, 90+3.

Sumqayıt. Şəhər stadionu, 15:00

 

Neftçi - Qarabağ 0:1

Qol: Elvin Sərkərov, 13-avtoqol.


Digər xəbərlər

Xəbər xətti