Mariya Şarapova rusları bu paylaşımı ilə əsəbiləşdirdi - FOTO

12:54 14 Mart 2018

Ulduz tenisçi Mariya Şarapova paylaşımı ilə rusları əsəbiləşdirib.

Sportarena.az xəbər verir ki, idmançı anası ilə birgə ABŞ-da rəssam Casper Consun rəsm sərgisinə qatılıb. O, Amerika bayrağı olan rəsmin qarşısında çəkilmiş şəklini səhifəsində yerləşdirib.

Fotonu görən izləyicilər Mariyaya qəzəbləniblər. Onların bəzisi şərh bölməsinə “Bu, sadəcə incəsənət əsəridir” yazsa da, çoxu “Nədən, məhz Amerika bayrağı?” kimi qeydlər ediblər. 


Digər xəbərlər

Xəbər xətti