"Səbail"in 2 futbolçusu yığmaya çağırıldı

21:21 15 Mart 2018

“Səbail”in 2 legioneri yığma komandalardan aldığı dəvətlə əlaqədar komandanın düşərgəsini tərk etməyə hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, Tamaz Tsetsxladze Gürcüstanın U-21 milli komandasından dəvət alıb. O, U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Farer Adaları və Danimarka milliləri ilə oyunlarda ölkəsinin yığmasına kömək etməyə çalışacaq.

 

Ayrton Stati də Kurasao milli komandasına çağırılıb. Sözügedən futbolçu Boliviya millisi ilə iki yoldaşlıq oyununa dəvət alıb.


Digər xəbərlər

Xəbər xətti