"Səbail"in futbolçusu milliyə çağırıldı

22:14 16 Mart 2018

“Səbail”in moldovalı futbolçusu Yevgeni Koçuk ölkəsinin milli komandasından dəvət alıb.

 

Sportarena.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Fil Dişi Sahili yığmasıya martın 27-də keçiriləcək yoldaşlıq görüşünə çağırılıb. Bu matç Fransada, paytaxt Parisin yaxınlığında olan Bovada keçiriləcək. Koçuk artıq millisinin düşərgəsinə yollanıb.

 

Xatırladaq ki, daha öncə “Zirə”nin hücumçusu Aleksandr Dedov Moldova yığmasına dəvət almışdı.


Digər xəbərlər

Xəbər xətti