Böyükağa Hacıyevin unudulmaz açıqlamaları - VİDEO

15:04 17 Mart 2018

Dünən vəfatı ilə Azərbaycan futbolunu yasa qərq edən Böyükağa Hacıyev illər əvvəl verdiyi açıqlamalarla gündəmə gəlirdi.

 

Sportarena.az xəbər verir ki, onun hər bir sitatı unudulmur və bu gün də müzakirə obyektidi. Səmimi, zarafatcıl, iynəli açıqlamaları ilə futbol ictimaiyyətinin diqqət mərkəzində olan Hacıyev illər ötsə də, unudulmayacaq və daim xatırlanacaq.

 

Dünən həyata gözlərini əbədi yuman mütəxəssisin karyerası ərzində verdiyi 40 ən maraqlı açıqlamasını təqdim edirik.

 

1. Mən Jabanı komandama götürmərəm. Çünki o, işlənmiş kartdır. 
2. Naxçıvanda iki futbolçu tanıyırlar. Bunlar Pele və Böyükağa Hacıyevdir. 
3. Sadıq Sadıqova sən öl vurdum və siqareti atdım. 
4. Bernard Raaba kim demişdi ki, arının pətəyinə çöp soxsun? 
5. Mourinyo ilə müqayisə olunmağım normal haldır. Amma onda müəyyən çatışmazlıqlar var. Mən futbol oynamışam, o isə yox. 
6. Saat 23:00-da “Neftçi”dən gələcək şad xəbəri gözləyin. 
7. Böyükağa Hacıyevi öldürmək olar, sındırmaq olmaz. 
8. Yaşar Seyidov sadəcə gəvəzədir! 
9. Gəray Qarayevi dinləyəndə ürəyim bulanır. Vaxtilə stadiona gübrə verib, indi gəlib futboldan danışır. 
10. Orada nəinki penalti, “poslednıy nadejda foul” kimi qırmızı vərəqə də vardı. 
11. “Neftçi”ni çempion etməsəm, gözləmərəm kimsə mənə get desin, özüm gedərəm 
12. Röyaya 24 saat yorulmadan qulaq asaram. 
13. Karles Bakes ölkəmizdə qonaqdır. 
14. Rednik mənimlə oyuna nənəsini çıxardı. Mənim babam isə sonradan çox insafsız olub ona 5 dənə vurdu. 
15. Həmin insanlarla gecə saat 3-də görüşməyə hazıram. 
16. Denis Silva oynamadı, atdım eşiyə. 
17. Belə getsə, Rəşad Sadiqov mənim yanımda oturacaq. 
18. Fərid Quliyev “Standard”da bombardir olduqdan sonra mənə yaxınlaşdı ki, Böyük müəllim, yenə bombardir olmaq istəyirəm. Dedim Fərid, bəzən həyatda təsadüflər də olur. 
19. “Neftçi”dən futbolçu kimi 5 dəfə təklif almışam, heç birini qəbul etməmişəm. 
20. Biz sabah qəlbimizdə olan türk bayrağı ilə meydançaya çıxacağıq. Və mən APOEL-in 20 min azarkeşini “Neftçi”li edəcəyəm. 
21. Gördüm Aleksandr Starkov mənim oyunuma baxıb qeyd götürür, məni görəndə isə kağızı gizlədir. Dedim brat, bu, hələ başlanğıcdır, kino çempionatda olacaq. 
22. "Neftçi" bu gün İtaliya "İnter"inə uduzub. Fələstinə, Hindistana uduzmamışam ki, məni tənqid edəsiniz... 
23. Kaxaber Tsxadadzeyə dedim ki, cavansan, bu qədər emosional olma. 
24. “Standard”a məğlubiyyətdən sonra “Bakı”nın baş məşqçisi postundan qaçış cığırında istefa vermişəm. 
25. Bütün dünyanı gəzmişəm. Çox yeməklər yemişəm. Amma anamın əriştə aşı ilə daş küftəsinin yerini heç nə vermir. 
26. “Neftçi” bu gün 2-7-1 taktikası ilə oynayır. 
27. Öz postumu Mehman Allahverdiyevə məcməyidə verməyə hazıram.
28. Soyadım Hacıyev yox, Hacıyevski olsaydı, məni alqışlayardınız. 
29. Mənim “Neftçi”m artıq ölüm maşınıdır. 
30. Bu gün iki oğlumu unudub 28 oğlumun arxasınca qaçıram. 
31. Oğlumu ona görə evləndirmirəm ki, 20 ildən sonra arvada əl vuranda elə bil soyuducuya toxunursan. 
32. Gəl bu gün səninlə Azərbaycanın neft strategiyasından, regiondakı maraqlarından danışaq. 
33. Mən ancaq əcnəbi məşqçiləri diz çökdürmək üçün yaşayıram. 
34. Bu gün “Xəzər Lənkəran”a Yunis Hüseynov rəhbərlik edir. Mən onun oturduğu gəmiyə heç vaxt daş atmaram. 
35. Redniki hələ də unutmuram. Onu yuxularımda görürəm, aşkar da görüşmək istərdim. 
36. Sadıq Sadıqova dedim ki, sizə desələr ki zəif içki içir - inanma. Zəif çayxanada oturub boş-boş danışır - inanma. Əgər desələr ki zəifin yanında bir gözəl xanım var - buna inan. 
37. Kaxaber Tsxadadze mənim sinif yoldaşım olub. 
38. “Bakı” klubunda elə adamlar var ki, mənim getdiyim yeri qılınclayır. 
39. Nizamini, Füzulini səhərə qədər oxuyaram, amma doymaram. 
40. Mən İqor Mitreskini bağışladım və onun cavanlığını özünə qaytardım. (futbol11.az)


Xəbər xətti