Millimizin rəqibinin heyəti açıqlandı

16:07 17 Mart 2018

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq İrlandiya yığmasının heyəti açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Noel Kinq millimizlə oyun üçün 23 futbolçuya dəvət göndərib:

 

Qapıçılar: Kiran Ohara (“Mançester Yunayted”), Liam Bossin (“Nottingem Forest”), Kaoimayn Kelleher (“Liverpul”);

Müdafiəçilər: Denni Keyn (“Kork Siti”), Rayan Suini (“Bristol”), Şon Donnellan, Kori Uelan (hər ikisi “Yeovil”), Liam Kinsella (“Uolsoll”), Rayan Delani (“Roçdeyl”), Ceyms Dann (“Akkrinqton”);

Yarımmüdafiəçilər: Coş Kallen, Deklan Rays (hər ikisi “Vest Hem”), Harri Çersli (“Bolton”), Rori Heyl (“Derri Siti”), Konnor Dimeyo (klubsuz), Ceyk Doyl-Heyz (“Aston Villa”);

Hücumçular: Ris Qreqo-Koks (“Uokinq”), Rayan Manninq (KPR), Ronan Kertis (“Derri Siti”), Co Kuiqli (“Borem Vud”), Ceyk Malrani (“İnverness”), Olamide Şodipo (“Kolçester”), Ronan Heyl (“Derri Siti”).

 

Qeyd edək ki, martın 22-də İslandiya ilə yoxlama oyunu keçirəcək İrlandiya millisi ayın 27-də yığmamızla qarşılaşacaq


Digər xəbərlər

Xəbər xətti