Araz Abdullayevin komandasından növbəti qələbə

10:48 18 Mart 2018

Futbol üzrə Kipr çempionatında 29-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə Limassol AEL-i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0. Araz da bu görüşün iştirakçısı olub. O, matçın 89-cu dəqiqəsində meydana buraxılıb.

 

Geridə qalan turlarda 60 xal toplamış Famaqusta təmsilçisi hazırda çempionluq uğrunda mübarizə aparan “ilk altılıq”da üçüncü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti