Rəsul Çunayev ermənini məğlub edib qızıl medal qazandı - VİDEO

11:41 25 Mart 2018

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə 56-cı "Dan Kolov-Nikola Petrov” beynəlxalq turniri keçirilir.
 
Sportarena.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (72 kq) və qadın güləşçilərimizdən Elis Manolova (65 kq) mübarizə aparıb. Güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıb.
 
Mübarizəyə 1/8 finaldan başlayan Rəsul Çunayev ilk olaraq Polşa (74 saniyəyə 5:0), ardınca Rumıniya idmançısını vaxtından əvvəl (9:0) təmiz qələbə ilə məğlub edib. Yarımfinalda Türkiyə təmsilçisini də üstələyən (5:1) güləşçimiz finala yüksəlib.
 
Həlledici görüşdə onun rəqibi Fransanı təmsil edən erməni idmançısı Evrik Nikoqosyan olub. Vaxtından əvvəl rəqibini 87 saniyəyə məğlub edən Rəsul Çunayev 8:0 hesabı ilə turnirin qızıl medalını qazanıb.
 


Digər xəbərlər

Xəbər xətti