Qurban Qurbanov: "İstəyirdim ki, belə bir matç olsun"

14:26 25 Mart 2018

"Oyun pis olmadı. Sürətli qarşlaşma izlədik”.
 
Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Milli komandaların oyunları ilə əlaqədar ölkə çempionatına verilmiş fasilədən istifadə edən klublar yoldaşlıq görüşlərində güclərini sınayırlar. Belə oyunlardan birində "Qarabağ”la "Sumqayıt” üz-üzə gəliblər.
 
2:1 hesabı ilə ağdamlıların xeyrinə başa çatan matç haqqında Qurban Qurbanov klubun "Facebook" səhifəsinə qısa açıqlama verib:
 
"İstəyirdim ki, belə bir matç olsun. "Sumqayıt”ın baş məşqçisi Samir Abasov sağ olsun, əvvəlcədən bu oyunla bağlı razılıq əldə etmişdik. Düşünürəm ki, hər iki komanda yaxşı çıxış etdi. Futbolçuların istəklərindən razı qaldım, həm "Sumqayıt”, həm də bizimkilər istəkli idilər. Oyun düşündüyümüz proqram üzərində alındı”.


Digər xəbərlər

Xəbər xətti