Millimiz yenə ruslarla bacarmadı

21:36 25 Mart 2018

Bakıda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün rusiyalı həmyaşıdları ilə yoldaşlıq oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, “Dalğa Arena”da keçirilən oyun Rusiya millisinin minimal hesablı qələbəsi ilə nəticələnib. Həmid Ağalarov qarşılaşmanın 23-cü dəqiqəsində ruslara qələbə qazandıran qola imza atıb.

 

Xatırladaq ki, bu komandalar bir neçə gün öncə qarşılaşmış, oyun rusların 4:0 hesablı qələbəsi ilə nəticələnmişdi. 


Digər xəbərlər

Xəbər xətti