Millinin üzvlərinə qadağa qoyuldu - Tatudan istifadə edən qovulacaq

23:32 25 Mart 2018

Çin yığmasının futbolçularına tatuirovkadan istifadə etmək qadağan olunub.

 

Sportarena.az xəbər verir ki, dadağanı pozan oyunçuları yığma komandadan qovulma cəzası gözləyir. Çin Futbol Federasiyasının rəhbərliyi hesab edir ki, idmançılar bütün səviyyələrdə sağlam mədəni təhsilin inkişafına məsuliyyət daşıyırlar. Bu səbəbdən onlar hərəkətlərinə, xarici görünüşlərinə və davranışlarına diqqət yetirməlidilər.

 

Bu səbəbdən Uels yığmasıyla yoldaşlıq matçı zamanı futbolçular öz bədənlərindəki tatuirovkalara şəffaf plastırlar yapışdırmalı olublar.

 

Qeyd edək ki, sözügedən qarılaşma çinlilərin 0:6 hesablı məğlubiyyəti ilə başa çatıb. 


Digər xəbərlər

Xəbər xətti