İspaniya millisinin DÇ-2018 üçün mükafatları açıqlandı

12:42 26 Mart 2018

İspaniya millisinin DÇ-2018-in qalibi olacağı təqdirdə qazanacağı mükafatın məbləği açıqlanıb. 
 
Sportarena.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Bildirilir ki, Pireney təmsilçisi Rusiyada keçirilən mundialda qrupdan çıxacağı halda, futbolçular 30 min avro mükafat əldə edəcəklər. Finala çıxmağın mükafatı 95 min avro təşkil edəcək. İspaniya dünya çempionu olacağı halda isə, hər bir futbolçuya 125 min avro veriləcək.
 
Qeyd edək ki, İspaniya yığması tarixində cəmi bir dəfə - 2010-cu ildə Cənubi Afrikada təşkil olunmuş mundialda qalib olub.


Digər xəbərlər

Xəbər xətti