Oyun vaxtı azarkeşlər arasında dava düşdü, 150 nəfər həbs edildi - VİDEO

15:42 26 Mart 2018

Argentinanın futbolunda növbəti qalmaqal yaşanıb.

 

Sportarena.az xəbər verir ki,  İkinci Divizionun son turu çərçivəsində keçirilən  "Los Andes" - "Braun Adroqe" matçında (2:0) tribunalarda fanatların kütləvi dava düşüb.Hadisə matçın 16-cı dəqiqəsində baş verib. Azarkeşlər bir-birilərinə kəsici, deşici və yad əşyalar atmaqla yanaşı, əlbəyaxa da olublar. Vəziyyət polisin müdaxilə davam etdirilib. Argentina mətbuatının iddiasına görə, 150-ə yaxın azarkeş həbs edilib.

 

Baş vermiş hadisəyə rəğmən, görüş təxirə salınmayıb. Yalnız hadisə vaxtı hakim ara sakitləşənədək oyunu dayandırmayıb.

 


Xəbər xətti