Millimiz Makedoniya ilə bərabərə qaldı - YENİLƏNİB

21:55 27 Mart 2018

Bu gün Azərbaycan yığması yoldaşlıq oyununda qüvvəsini sınayıb.

 

Sportarena.az xəbər verir ki, millimiz Türkiyənin Antalya şəhərində Makedoniya yığması ilə üz-üzə gəlib. “Mardan” stadionunda keçiriləcək matç Qurban Qurbanovun millinin “sükanı arxasında” üçüncü sınağı olub. İlk iki görüşdə qələbə qaza bilməyən komandamız bu dəfə 1:1 hesablı heç-heçəyə razılaşıb. 

 

Yoldaşlıq oyunu

27 mart

20:00 Azərbaycan - Makedoniya 1:1

Qol: Riçard Almeyda, 6-p - Trayikovski, 21-p.
Hakimlər: Halis Özkahya, Kemal Yıldırım, Kerem Ersoy, Ali Palabıyık (hamısı Türkiyə)
Türkiyə, Antalya. “Mardan” stadionu

Azərbaycan: Kamran Ağayev, Ürfan Abbasov, Ruslan Abışov, Maksim Medvedev, Tural Axundov, Namiq Ələskərov, Dmitri Nazarov, Araz Abdullayev, Amil Yunanov

Makedoniya: Dimitrievski, Ristovski, Ristevski, Velkovski, Musliu, Nikolov, Bardi, Radeski, Triçkovski, Traykovski, Pandev


Xəbər xətti