U-21 yığmamız İrlandiya səfərindən məğlub qayıdır - YENİLƏNİB

00:30 28 Mart 2018

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, gənclər millimiz səfərdə İrlandiya yığması ilə üz-üzə gəlib. Komandamız sonuncu dəqiqələrdə qapısında qol görərək Dublin səfərindən xalsız qayıdıb.

 

Hazırda hesabında cəmi 1 xal olan millimiz qrupun aşkar autsayderidi. İrlandiya yığması isə 13 xalla ikinci pillədə qərarlaşıb.

 

Bu komandalar arasında keçən il Bakıda baş tutmuş görüş 3:1 hesabıyla rəqibin xeyrinə başa çatıb.    

 

U-21 Avropa çempionatının seçmə mərhələsi: 5-ci qrup

27 mart

22:30 İrlandiya - Azərbaycan 1:0

Qol: Sveeney, 90+9

Hakimlər: Filip Glova, Peter Kovaç, Jan Pozor, Pavol Chmura (hamısı Slovakiya)
Dublin. "Tallaqt" stadionu


Digər xəbərlər

Xəbər xətti