Budaq Nəsirov "Neftçi"nin hədəfində - ÖZƏL

12:17 27 Mart 2018

Portuqaliyanın "Sportinq" klubunun B komandasında çıxış edən Budaq Nəsirov karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.

 

Sportarena.az-ın əldə etdiyi məlumata görə, son zamanlar Lissabon klubunun ikinci liqada çıxış edən B komandasının heyətinə düşməkdə çətinlik gənc futbolçunun xidmətində "Neftçi" klubu maraqlıdı. Yeni mövsümdən iddialı heyət yığmağa çalışan "ağ-qaralar"ın rəhbərliyi Nəsirovu gələcək planlarına daxil ediblər.

 

Klub prezidenti Kamran Quliyev və idman direktoru Ceyhun Sultanova "Sumqayıt"dan yaxşı tanış olan Budaqın yay transfer pəncərəsi zamanı "Neftçi"yə keçidi gündəmdə olacaq. Quliyevlə Sultanov "Sumqayıt"ın sabiq üzvünün xidmətində maraqlı olsalar da, hər şey Portuqlaiya klubunun mayda futbolçu ilə bağlı verəcəyi qərardan asılı olacaq.

 

Futbolçuya yaxın olan şəxsdən aldığımız məlumata görə, "Sportinq" futbolçunun çıxışından razı deyil. Bu səbəbdən Budaq satılacaq və ya icarəyə veriləcək. Budaq isə daha çox oynamaq istəyir. Bu səbəbdən tərəflər mövsümün sonunda bir araya gələrək bu məsələni müzakirə edəcəklər. "Neftçi" isə məhz mövsümün sonunda futbolçunun keçidi ilə bağlı hərəkətə keçəcək.


Xəbər xətti