"Bakı"nın sabiq qapıçısı faciəvi şəkildə öldü

15:16 27 Mart 2018

"Bakı" futbol komandasının keçmiş qapıçısı Mustafa Kamal Söyləməz faciəvi şəkildə vəfat edib.

 

Sportarena.az xəbər verir ki, 32 yaşlı qolkiper Bakının Yasamal rayonunda kirayədə qaldığı mənzildə dəm qazından boğularaq ölüb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.

 

İlkin araşdırmalar zamanı məlum olub ki, Azərbaycan vətəndaşı olan Söyləməz otaqda qaz sobasının sönməsi nəticəsində boğularaq ölüb. Futbolçu hadisə vaxtı evdə tək olub.

 

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırmalara başlanılıb. Dünyasını dəyişən Söyləməz Mustafa Kamalın meyiti dəfn olunmaq üçün Türkiyə Respublikasına göndəriləcək.

 

Qeyd edək ki, "Bakı" klubu da məlumat yayaraq keçmiş qapıçısının ölüm xəbərini təsdiq edib və ailəsinə başsağlığı verib.


Xəbər xətti