Şəhriyar Məmmədyarov şahmat tacından əlini üzdü

02:19 28 Mart 2018

Almaniyanın paytaxtı Berlində təşkil olunan şahmat tacı uğrunda İddiaçılar turnirinə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün sonuncu - 14-cü turun görüşləri keçirilib. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov həlledici turda rusiyalı Vladimir Kramniklə qarşılaşıb. Qara fiqurlarla mübarizə aparan təmsilçimiz 54-cü gedişdə rəqibi ilə heç-heçəyə razılaşıb.

 

Lider Fabiano Karuana isə Aleksandr Qrişuka qalib gəlməklə turnirin qalibi olub. Bununla da Karuana dünya şahmat tacı uğrunda görüşdə norveçli Maqnus Karlsenə rəqib olub.


Xəbər xətti