Joze Alesio: "Qazaxıstanla matçın çox çətin keçəcəyi danılmazdı"

Sportarena.az      29 Mart 2018, 15:31

Xəbər verdiyimiz kimi, gələn ay Bakıda Türk Universiadası keçiriləcək ki, oyunların proqramına daxil edilən idman növlərindən biri də futzaldı.

 

Sportarena.az xəbər verir ki, Türkiyə, Qazaxıstan və Qırğızıstanla qalib adı uğrunda mübarizə aparacaq millimiz bu gündən etibarən hazırlığa başlayıb. Komandanı yarışa millimizin baş məşqçi Joze Alesio da Silva və köməkçi-məşqçi Namiq Quliyev hazırlayacaq. Braziliyalı mütəxəssis hazırlıq planı ilə bağlı AFF-nin rəsmi səhifəsinə açıqlama verib:



“Məşqlərə bu gün başlamışıq. İlkin heyətimiz də məlumdu. Düzdü, yekunda bizə 10 oyunçu və 2 qapıçı lazımdı. Amma heyətə 18 futzalçı dəvət etmişik. İndiki məqamda toplanış həm də seleksiya xarakteri daşıyır. Vaxtımız çox azdı. Bir qədər əvvəldən toplanışa başlamaq istərdik, amma bayramlar buna imkan vermədi. Çalışacağıq qarşıdakı günlərdən maksimum istifadə edək”.
 

Braziliyalı mütəxəssis rəqiblərimiz haqda da danışıb:

 

“Çox çətin olacaq. Türkiyə və Qırğızıstan haqda məlumat toplayacağıq. Ancaq Qazaxıstanla matçın çox çətin keçəcəyi danılmazdı. Çünki onlar gənc futzalçıların yetişdirilməsi işinə çoxdan başlayıblar. 17-18 yaşlı oyunçular artıq “Kayrat”, “Ayat”, “Aktobe”, “Jetısu” kimi komandaların üzvləridi. Yəni qazaxlar işə əvvəldən başlayıblar və əllərinin altında müəyyən qədər hazır gənc futzalçılar var. Qazaxıstanda 2-3 ildi gənclər komandaları yaradılıb. Bura 17-21 yaşlı futzalçılar cəlb edilib. Bu da məşqçi üçün geniş seçim imkanı yaradır. Komanda ilə bağlı müəyyən planlarım, düşüncəm var. Bu yarışa ciddi hazırlaşacağıq. Çünki komandanın məqsədi maksimum nəticə əldə etməkdi. Yenə deyirəm, çətin olacaq, ancaq mümkünsüz iş yoxdu. Məşqlərdə müəyyən tapşırıqlar üzərində işləyəcəyik. Düzdü, hazırlıq keçdiyimiz müddətdə çempionat oyunları da keçiriləcək. Ancaq bunun işimizə mane olmayacağına inanıram”.

 

Joze Alesio Birinci Liqada çıxış edən 17 yaşadək futzalçılardan ibarət Azərbaycan millisini nəzarətdə saxladığını qeyd etməklə yanaşı, bu yarışa o komandadan oyunçu dəvət etməməsinin səbəbini də açıqlayıb:

 

“O komandada perspektivli uşaqlar var. Ancaq onların əksəriyyəti əvvəllər futbol oynayıblar. İndi-indi futzal oynamaq istəyirlər. Futbolla futzal isə fərqli idman oyunudu. Meydançadan tutmuş topa, oyun fəlsəfəsinə qədər bir-birindən fərqlənir. Ona görə də, gənclər üzərlərində çox işləməlidirlər. Bu komandanın oyunlarını mümkün qədər izləyirəm, ehtiyac duyulduqda məsləhətlər verirəm. Hər dəfə də deyirəm ki, çalışın özünüzü inkişaf etdirəsiz. Bunun üçün də çoxlu məşqlər etmək, məşqçilərin dediklərini qavramaq və onu tətbiq etməyə çalışmaq vacibdi”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin