Maksimov: "Azərbaycan çempionatı çox güclüdü"

16:19 29 Mart 2018

"Azərbaycan çempionatı çox güclüdü. 8 komandanın hər biri bərabərsəviyyəlidi".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Yuri Maksimov deyib. Ukraynalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında Azərbaycan çempionatının səviyyəsindən danışıb:

 

"Əsas odu ki, çempionatda rəqabət var. Heç bir komanda asanlıqla qələbə qazana bilmir. Hətta turnir cədvəlinin aşağı sıralarında qərarlaşan istənilən komanda liderləri məğlub edə bilir".

 

İstefa verəcəyi ilə bağlı xəbərlərə də münasibət bildirən Maksimov buna qısaca şərh verib:

 

"Bu haqda çox danışmaq istəmirəm. Əgər işimin başındayamsa, deməli, hər şey yaxşıdı.


Digər xəbərlər

Xəbər xətti