Hakerlər "Latsio"nu altdatdı - 2 milyon yoxa çıxdı

18:27 29 Mart 2018

"Laztsio"byb Stefan de Vreyin transferinə görə "Feyenoord"un hesabına köçürməli olduğu 2 milyon avro yoxa çıxıb.

 

Sportarena.az xəbər verir ki, Roma klubu hakerlərin qurbanı olub. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

 

"Latsio" razılaşdırılan vəsaiti elektron poçta gələn saxta bank hesabına köçürüb. Bu məktubda "Feyenoord"un emblemi, məsul şəxsin məlumatları və imzası da yer alıbmış. Amma pul Rotterdam klubuna çatmayıb. Polis həmin pulların izinə düşüb. Hazırda araşdırma gedir.


Digər xəbərlər

Xəbər xətti