Dünən U-16 Liqasında 25-ci turun oyunları keçirildi. Turun mərkəzi oyunu «İnter Arena»da baş tutdu. «Keşlə» ilə «Vətən»in qarşılaşmasında meydan sahibləri 1 top fərqilə qalib gəldilər. Bu qələbə və «Neftçi»nin turu buraxması «eks-bankirlər»in işinə yaradı. İndi bu komandanı 3-cü yerdən cəmi 3 xal ayırır. Eyni zamanda lider «Qəbələ»nin ən yaxın izləyicisindən 14 xal aralanmasına səbəb oldu.
25-ci tur:
«Keşlə» - «Vətən» 2:1
«Zirə» - «Qəbələ» 0:1
«Səbail» - «Turan» 1:1
«Neftçi» İK İB – «Qarabağ» 1:2
«Sumqayıt» - «Kəpəz» 1:0
U-16 Liqasında 26-cı turun oyunları aprelin 5-də keçiriləcək: «Turan» - «Zirə», «Kəpəz» - «Səbail», «Qarabağ» - «Sumqayıt», «Vətən» - «Neftçi» İK İB, «Neftçi» - «Keşlə». Oyunların başlama saatı və yeri haqqında əlavə məlumat verəcəyik.
«Het-trik news» qəzetinin layihəsi
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.