Adriano xəstəxanaya düşdü

16:54 30 Mart 2018

Braziliya millisinin sabiq futbolçusu Adriano xəstəxanaya müraciət edib.

 

Sportarena.az xəbər verir ki, 36 yaşlı veteran oyunçu əlindəki kəsik yaralarının kəskin iltihabı diaqnozu ilə Rio-de-Janeyrodakı klinikaların birinə yerləşdirilib. Onun zədələri həyatı üçün təhlükə olmadığı bildirilir.

 

Adriano karyerası ərzində İtaliyanın “İnter” və “Roma” kimi klublarının formasını geyinib. O, Braziliya yığmasının heyətində 51 oyunda 29 qol vurub. Son illər spirtli içki və narkotik aludəçisi olan sabiq forvard tüfeyli həyat sürür.


Xəbər xətti