"Atletiko" Dibalanı transfer edir?

12:39 31 Mart 2018

Paulo Dibalanın "Yuventus"la yollarını ayıracağı yenidən gündəmə gəlib.

 

Sportarena.az xəbər verir ki, bu dəfə argentinalı forvardın yeni klubunun adı belə açıqlanıb. İspaniya mətbuatı onun "Atletiko" ilə 5 illik müqaviləyə razılaşdığını idida edib. Madrid klubu argentinalını Antuan Qrizmanna əvəzləyici kimi görür.

 

Əsas məsələ "Yuventus"u transferə razı salmaqdır. "Qoca senyora"nın gənc forvarda görə astronomik məbləğ tələb edəcəyi gözlənilənilir. Bunun 150-200 milyon avro olacağı istisna edilmir. Qiyməti azaltmaq üçün "Atletico" qarşı tərəfə Stevan Saviçi göndərə bilər. 


Xəbər xətti