Paşayev oynamadı, komandası xal itirdi

10:13 1 Aprel 2018

Futbol üzrə Ukrayna çempionatında 25-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə “Zirka” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

 

Paşayev bu görüşün iştirakçısı olmayıb. Millimizin düşərgəsindən zədəli qayıdan futbolçu matçın iştirak ərizəsinə daxil edilməyib.

 

"Aleksandriya" geridə qalan turlarda topladığı 26 xalla elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq klubları arasında 2-ci pillədə qərarlaşıb.


Xəbər xətti