"Qəbələ" ilə "Sumqayıt"ın 23-cü dueli

15:31 1 Aprel 2018

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilənin ardından Topaz Premyer Liqasında 21-ci turun qarşılaşmaları keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, 3-cü dövrənin son turunu öz meydanında keçirəcək “Qəbələ” “Sumqayıt”la üz-üzə gələcək. Aprelin 2-də Qəbələ şəhər stadionunda baş tutacaq matç komandalar arasında 23-cü oyun olacaq. İndiyədək yalnız ölkə çempionatlarında yolları kəsişən rəqiblər 22 dəfə münasibətlərini ayırd edib. İlk görüşləri 7 il əvvələ təsadüf edən klubların duellərində üstünlük “Qəbələ”nin tərəfindədi.

 

“Qırmızı-qaralar” əvvəlki matçların hamısında qol sevinci yaşayıblar. Bu da nəticələrdə öz əksini tapıb. "Qəbələ"nin hesabında 15 qələbə və 5 heç-heçə var. “Sumqayıt” isə cəmi 2 dəfə qalib gəlib. Top fərqində də “Qəbələ” böyük üstünlüyə malikdi - 40:16. Düzdü, cari mövsümün hər iki oyununun taleyini cəmi 1 qol həll edib. “Qırmızı-qaralar” evdə də, səfərdə də 3 xalı 1 qolla qazanıblar. 

 

Hər iki məğlubiyyətini səfərdə alan “Qəbələ” evdəki qarşılaşmalarda rəqibinə uduzmayıb. Komanda öz meydanındakı 11 görüşdən yalnız birində heç-heçə edib, 10 matçda isə azarkeşlərinə qələbə sevinci bəxş edib. Evdə 23 dəfə fərqlənən "qırmızı-qaralar" yalnız 5 top buraxıb.

 

“Sumqayıt”la oyunlarda vurulan 40 topa “Qəbələ”nin 25 futbolçusu imza atıb. Daha bir dəfə rəqib futbolçu Cəmil Hacıyev öz qapısına qol vurub. “Qırmızı-qaralar”ın sumqayıtlılarla görüşlərdəki bombardiri Viktor Mendi 7, Aleksey Qay və Dodo hərəyə 3, Umar Kalabane, Baqali Dabo, Cavid Hüseynov və Lorenzo Ebesilio isə 2 qol vurublar.

 

“Qəbələ” - “Sumqayıt”: Bütün oyunlar

2011/12 mövsümü

14.08.2011. Premyer Liqa. Sumqayıt Şəhər - Qəbələ - 1:2
Orxan Əliyev, 90+3 - Dodo, 5, Daniel Lopes Kruz, 41

 

04.12.2011. Premyer Liqa. Qəbələ - Sumqayıt Şəhər - 3:1
Serj Cehua, 37, Dodo, 70, Viktor Mendi, 86 - Samir Abasov, 39

 

2012/13 mövsümü

26.08.2012. Premyer Liqa. Qəbələ - Sumqayıt - 4:1
Bruno da Silva, 33, Umar Kalabane, 53, 71, Rəşad Abdullayev, 55 - Ruslan Qurbanov, 18

 

08.12.2012. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:1
Viktor Mendi, 39

 

2013/14 mövsümü

19.08.2013. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:1

Vüqar Əsgərov,4, Ruslan Qurbanov, 62-p. - Yannik Kamanan, 12

 

25.10.2013. Premyer Liqa. Qəbələ - Sumqayıt - 2:0
Daniel Subotiç, 24, Dodo, 63

 

02.02.2014. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:3
Viktor Mendi, 3, Lorenzo Ebesilio, 55, Leonardo da Silva, 57

 

17.05.2014. Premyer Liqa. Qəbələ - Sumqayıt - 3:1
Viktor Mendi, 39, Lorenzo Ebesilio, 86, Abdulvahid Afolabi, 90+2 - Məhəmməd Qurbanov, 7

 

2014/15 mövsümü

24.10.2014. Premyer Liqa. Qəbələ - Sumqayıt - 3:1
Cavid Hüseynov, 77, Pavol Farkaş, 88, Ekiqo Ehiosun, 90+2 - Ramazan Abbasov, 40

 

18.12.2014. Premyer Liqa. Sumqayıt - Qəbələ - 1:1
Məhəmməd Qurbanov, 67 - Cavid Hüseynov, 86 (p.)

 

08.03.2015. Premyer Liqa. Qəbələ - Sumqayıt - 2:0
Viktor Mendi, 23, 34

 

08.05.2015. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:2
Aleksey Qay, 39, Viktor Mendi, 41

 

2015/16 mövsümü

21.09.2015. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:0

Aleksey Qay, 90+2 (p.)

 

21.11.2015. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:2
Uğur Pamuk, 29, Ağabala Ramazanov, 69 - Cəmil Hacıyev, 40 (ö.q), Samir Zərgərov, 71

 

14.02.2016. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:0
Ermin Zets, 69

 

09.04.2016. Premyer Liqa. Sumqayıt - Qəbələ - 1:1
Aleksey Qay, 65 - Pərdis Fərcad-Azad, 85 (p.)

 

2016/17 mövsümü

22.09.2016. Premyer Liqa. Qəbələ - Sumqayıt - 2:0
Baqali Dabo, 85; 90

 

25.10.2016. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:2
Yusif Nəbiyev, 47; Amil Yunanov, 90+4 (p.) - Rəşad Eyubov, 64; Filip Ozobiç, 73

 

28.01.2017. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:1
Vitali Vernidub, 58 - Məhəmməd Qurbanov, 53

 

29.04.2017. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:1
Amil Yunanov, 27; Mirabdulla Abbasov, 29 - Asif Məmmədov, 40

 

2017/18 mövsümü

20.08.2017. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:0
Tellur Mütəllimov, 40

 

14.10.2017. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:1
Famoussa Kone, 29


Xəbər xətti