Salah "Real"ın qarşısına şərt qoydu

18:25 2 Aprel 2018

"Liverpul"un yarımmüdafiəçisi Məhəmməd Salah karyerasını "Real"da davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, İspaniyanın "Don Balon" nəşri misirli ulduzun "Real" rəsmiləri ilə görüşdüyünü yazıb. Mənbənin məlumatına görə Salah Madrid klubundan əsas heyətdə yer və yüksək məvacib tələb edib.

 

O, Kriştianu Ronaldodan sonra komandanın ən ödənişli futbolçusu olmaq istəyir. Bu mövsüm Premyer Liqada 31 oyun keçirən 25 yaşlı futbolçu 29 qol vurub. 


Xəbər xətti