"Sumqayıt" 3-cü dövrənin ən yaxşısı oldu

14:06 3 Aprel 2018

Topaz Premyer Liqasında 2017/18 mövsümünün 3-cü dövrəsinə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, 2018-ci ilin arxada qalan hissəsinə təsadüf edən dövrənin ən yaxşısı “Sumqayıt” olub. Məğlubiyyət acısı yaşamayan Samir Abasovun yetirmələri hamıdan çox - 15 toplamaqla yanaşı, qol sayında (10) da hamını qabaqlayıb.

 

“Sumqayıt” qədər - 4 qələbə qazanan “Neftçi” 14 xalla 2-ci olub.

 

Dövrənin qalibi kimi uduzmayan “Qarabağ” 13 xal toplayıb. Ağdamlılar hamıdan az - cəmi 2 top buraxıblar.

 

2018-ci ilin uğursuzları “Kəpəz” və dövrəni qələbəsiz başa vuran “Zirə” son 7 turda hərəyə 4 xal qazanıb.

 

Qeyd edək ki, dövrənin 28 qarşılaşmasında 54 qol vurulub. Orta məhsuldarlıq 1,93-ə bərabərdi.


Xəbər xətti