Buffon: "Real" "Yuventus"dan daha yaxşı komandadır"

15:40 3 Aprel 2018

"40 yaşımda olduğumu bilirəm və bunu dəyişdirə bilmərəm. Ümid edirəm bu dəfə fərqli şeylər olar və Kardiffdəki finalda baş verən duyğuları dəyişdirərik".

 

Sportarena.az xəbər verir ki, bu fikirləri "Yuventus"un qapıçısı Canluici Buffon səsləndirib. Çempionlar Liqasında "Real"la keçiriləcək 1/4 final mərhələsi oyunundan əvvəl italyan qolkiper jurnalistlərin suallarını cavablandırıb. 40 yaşlı "əlcək sahibi" rəqiblərinin ünvanına təriflər deyib:

 

"Real" "Yuventus"dan daha yaxşı komandadır. Bu mənim dediyimə görə belə deyil. Tarix belə deyir. Qazandıqları kuboklar və rəqəmlər bunu göstərir. Çempionlar Liqasını qazanmaq mənim üçün yuxudu və bu indi daha da çətindi. "Real"la mübarizə apara bilərik. Ancaq onlar tarixləri və son illərdə etdikləri ilə özəl və fərqli olduqlarını göstərdilər".

 

Qeyd edək ki, "Juventus" - "Real" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq.


Xəbər xətti