Etonun zarafatı ona baha başa gəldi

17:56 3 Aprel 2018

"Konyaspor”un futbolçusu Samuel Etoun 2019-cu ildə vətəni Kamerunda keçirilcək prezident seçkilərində namizədliyini verəcəyi barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, Eto bu açıqlamanı “1 Aprel” zarafatı olduğunu söyləyib. Onun bu addımı ölkəsində böyük səs-küyə səbəb olub. İnsanlar Etoya sərt şəkildə etiraz edib və hərəkətini pisləyiblər. Kamerunluların fikrincə Samuel onların hissləri ilə oynayıb.

 

Bununla belə, Afrika KİV-i Liberiyada sabiq futbolçu Corc Veanın prezident seçildiyini əsas gətirərək Samuelin də şansının böyük olduğunu yazıb.


Digər xəbərlər

Xəbər xətti