Emin İmaməliyev cəzalandırıldı

15:54 4 Aprel 2018

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda əvəzedici heyətlərin və 1-ci divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:

 

Əvəzedici heyətlərin 21-ci turunun “Qəbələ” - “Sumqayıt” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur. “Qəbələ” klubunun baş məşqçisi Emin İmaməliyev texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanır, klub 400 manat cərimə olunur.

 

Birinci divizionun 21-ci turunun “Sabah” - “Zaqatala” matçının 45-ci dəqiqəsində “Zaqatala”nın futbolçusu Roini İsmayılov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur. “Zaqatala”nın futbolçusu Nəsib Əliyev texniki zona qaydalarını pozduğu üçün uzaqlaşdırılıb. Futbolçu bu səbəbdən 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.


Digər xəbərlər

Xəbər xətti