"Kəpəz" Gəncədə məşq etdi

18:07 4 Aprel 2018

Topaz Premyer Liqasının 22-ci turunda evdə "Keşlə"ni qəbul edəcək "Kəpəz" Gəncəyə gedib.

 

Sportarena.az xəbər verir ki, dünən Bakıda hazırlaşan "sarı-göylər" bu gün Gəncə şəhər stadionunda məşqə çıxıb. Sabahkı hazırlıq prosesi Şəmkir Olimpiya İdman Kompleksində keçiriləcək. 

 

Komandanın oyundan öncəki son məşqi isə öz meydanında olacaq. Çalışmalar mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyacaq.


Xəbər xətti