“Sumqayıt” “Neftçi” üçün hazırlaşır

13:19 5 Aprel 2018

Ötən turda “Qəbələ” ilə qarşılaşan “Sumqayıt” bir günlük istirahətin ardından məşqləri bərpa edib.

 

Sportarena.az xəbər verir ki, komanda dünən saat 16:00-da doğma stadionunda məşqə çıxıb. Məşqin ilk hissəsində yüngül qaçış və toplu çalışmalara üstünlük verilib. Hazırlığa fitness zalında yekun vurulub. Növbəti məşqi bu gün saat 15:30-da başlayacaq.

 

Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” qarşılaşması 8 aprel, saat 18:30-da 8-cu km stadionunda keçiriləcək. Matç “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.


Digər xəbərlər

Xəbər xətti