Dünya çempionatını Azərbaycanda hansı kanal yayımlayacaq?

16:27 6 Aprel 2018

14 iyun - 15 iyul tarixlərində Rusiyada keçiriləcək Futbol üzrə Dünya Kubokunu Azərbaycanda yayımlayacaq kanalın adı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, mundialın oyunları «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən alınıb. Bu isə o deməkdir ki, azarkeşlər dörd ildən bir keçirilən mötəbər turniri "Azərbaycan Televiziyası" və "İdman Azərbaycan" kanalı vasitəsilə canlı izləyə biləcəklər. Turnir ərzində keçiriləcək 64 oyunun hər biri tamaçılara təqdim ediləcək.

 

Artıq bu yöndə fəaliyyətə də başlanılıb. "İdman Azərbaycan" kanalında anonslar, videoçarxlar və digər informasiyalar təqdim edilir.


Digər xəbərlər

Xəbər xətti