"Arsenal"dan çətin qələbə, "Çelsi" xal itirdi - YENİLƏNİB

09:37 9 Aprel 2018

Bu gün İngiltərə Premyer Liqasında 33-cü tura start veriləcək.

 

Sportarena.az xəbər verir ki, turun ilk görüşündə Liverpul derbisi baş tutacaq. Bu şəhərin iki əzəli rəqibi - “Everton” və “Liverpul” “Qudison Park”da münasibətlərinə aydınlıq gətirəcəklər.

 

Turun mərkəzi görüşü də bu gün keçiriləcək. Lider “Mançester Siti” ən yaxın izləyicisi “Mançester Yunayted”i qəbul edəcək. Çempionluğun bir addımlığında olan “şəhərlilər”, bunu məhz bugünkü derbidə rəsmiləşdirə bilər. Belə ki, Xosep Qvardiolanın yetirmələri bu gün əzəli rəqibini məğlub etsə, mövsümün bitiminə 5 tur qalmış 5-ci çempionluğunu rəsmiləşdirəcək.

 

İngiltərə Premyer Liqası, 33-cü tur

7 aprel

15:30 Everton - Liverpul 0:0
18:00 Bornmut - Kristal Pelas 2:2
18:00 Brayton - Haddersfild 1:1
18:00 Lester - Nyukasl 1:2
18:00 Stok Siti - Tottenhem 1:2
18:00 Uotford - Bernli  1:2
18:00 Vest Bromviç - Suonsi 1:1
20:30 Mançester Siti - Mançester Yunayted 2:3

 

8 aprel

17:15 Arsenal - Sautqempton 3:2
19:30 Çelsi - Vest Hem 1:1


Digər xəbərlər

Xəbər xətti