Millimiz Universiadanın qalibi oldu

10:20 8 Aprel 2018

Bu gün Bakıda Türk Şurası Universitet İdman Oyunları çərçivəsində futzal üzrə Azərbaycan və Türkiyə yığma komandaları qarşılaşıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan Texniki Universitetin idman zalında keçirilən qarşılaşma futzalçılarımızın böyük hesablı qələbəsiylə nəticələnib.  İlk hissəni 7:1 hesablı üstünlüklə başa vuran futzalçılarımız, ikinci hissədə 2 qol vurub, 1 qol buraxaraq, ümumi hesabda 9:2 hesablı qələbəyə seviniblər.

 

Türk Şurası Universitet İdman Oyunları

7 aprel

Azərbaycan - Türkiyə 9:2

Qol: Ramiz Çovdarov (3), Kənan Manafov (3), Fərid Atakişiyev, Elşən İbrahimxəlilov, Oktay Rüstəmli - Tuqay Şahin, Abulbatip Tuncay

Azərbaycan Texniki Universitetin idman zalı 


Digər xəbərlər

Xəbər xətti