Tərlan Əhmədov: "Qarşıda oyunlar var, heç nə itirilməyib"

22:52 8 Aprel 2018

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:2 hesabıyla bitən görüşdən sonra öncə bunları söyləyib:

 

“Mükafatçılar sırasına yüksəlmək üçün çalışırdıq ki, 3 xal qazanaq. Komandanın oyunundan razı qaldım, xüsusilə ikinci hissədə yaxşı oynadıq. Futbolun gözəlliyi qoldu. Hər iki komandanın ifasında bunu gördük. Hücum futbolu oynadığımız üçün də qollar buraxırıq. Bu da təbiidi. Qarşıda oyunlar var, heç nə itirilməyib. Çalışacağıq ki, həmin matçlarda maksimum nəticə əldə edib şansımızı qaçırmayaq”.


Xəbər xətti