Azarkeşlər qadın hakimi təhqir etdilər - Bundesliqada

Sportarena.az      10 Aprel 2018, 15:51

Almaniya Bundesliqasının 29-cu turu çərçivəsində keçirilən “Borussiya Menhenqladbax” – “Herta Berlin” matçına qadın hakim Bibibana Ştenhaus damğa vurub.

 

Sportarena.az xəbər verir ki, Almaniyanın tək professional qadın hakimi matçda VAR sisteminin köməkliyi ilə verdiyi qərarlardan dolayı azarkeşklərin qəzəbinə tuş gəlib.

 

Ştenhaus ev sahibi komandanın bir qolunu VAR sisteminin verdiyi qərarla ləğv edib. Daha sonra elə həmin komandaya qalibiyyət qolunu gətirən penalti qərarı təyin edib. Buna baxmayaraq, qadın hakim azarkeşlərin qəzəbindən qurtula bilməyib. Tribunadan ona qarşı “fahişə” şüarları səsləndirilib. Şüarlar hətta televiziyadan da eşidilib.

 

Ev sahibi “Borussiya” azarkeşlərin 39 yaşlı FİFA lisenziyalı hakimə uyğunsuz sloqanlar səsləndirməsi səbəbilə üzrxahlıq mesajı yayımlamaq məcburiyyətində qalıb.

 

Qeyd edək ki, Ştenhaus əvvəllər polis məmuru olub. O, ingiltərəli hakim Hovard Vebb ilə sevgi münasibətləri yaşayır.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin