"Kəpəz" "Qarabağ" üçün başladı

18:09 10 Aprel 2018

Topaz Premyer Liqasının 23-cü turunda “Qarabağ”la qarşılaşacaq “Kəpəz” oyunun hazırlıqlarına start verib.

Sportarena.az xəbər verir ki, komanda bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşqə çıxıb.

“Sarı-göylər” Ağdam klubuna qarşı matçın əsas hazırlığını Gəncədə keçirəcək. “Kəpəz” bu məqsədlə sabah Gəncəyə gedəcək.


Digər xəbərlər

Xəbər xətti